Yuxarı

Fransada seçici səslərinin 80 faizi hesablanıb: Makron 23,11 faizlə öndədir

Fransada seçici səslərinin 80 faizi hesablanıb: Makron 23,11 faizlə öndədir
Marin Le Pen isə seçici səslərinin 23,08 fazini əldə edə bilib
© Foto: newsler.info

Bakı. 24 aprel. REPORT.AZ/ Fransanın Daxili İşlər Nazirliyi prezident seçkilərində verilmiş səslərin 80 faizini hesablayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, ölkənin keçmiş iqtisadiyyat naziri Emmanuel Makron səslərin 23,11 faizini toplayıb. "Milli Cəbhə" partiyasının liderio Marin Le Pen isə seçici səslərinin 23,08 fazini əldə edə bilib.

Bununla yanaşı, "Respublikaçılar" Partiyasının namizədi, keçmiş baş nazir Fransua Fiyonun seçici səslərinin 19,81 faizini toplaması məlum olub. Nəticələrə əsasən "Fətholunmaz Fransa" hərəkatının lideri Jan-Lyuk Melanşonun 18,62 faiz səs toplayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi