Fransada "sarı jiletlər"in aksiyasında 250-dən çox iştirakçı saxlanılıb

Fransada "sarı jiletlər"in aksiyasında 250-dən çox iştirakçı saxlanılıb Sarı jiletlərin şənbə etirazlarının gedişatında polis 254 nəfəri saxlayıb.
Digər ölkələr
18 Noyabr , 2019 02:41
Fransada sarı jiletlərin aksiyasında 250-dən çox iştirakçı saxlanılıb

"Sarı jiletlər"in şənbə etirazlarının gedişatında polis 254 nəfəri saxlayıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.

Nazirin sözlərinə görə, onlardan 173-ü Parisdə həbs edilib.

Kastaner "sarı jiletlər"in aksiyası zamanı baş vermiş talanları ittiham edib. Onun sözlərinə görə, 16 noyabrda Fransa paytaxtında nizamsızlıq edən radikal elementlər arasında "dələduzlar" və "varvarlar" çoxluq təşkil edib, hansılar ki, qəsdən asayiş keşikçiləri ilə toqquşmalara təhrik ediblər.

Qeyd edilir ki, nümayişçilər ötən şənbə Parisin "İtaliya" meydanında bir neçə barrikada qurublar, sonra onları yandırmağa başlayıblar. Ərazidə növbə çəkən polis əməkdaşları mitinqçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bütün Fransa üzrə şənbə nümayişlərə təxminən 30 min insan çıxıb.

"Sarı jiletlərin" kütləvi etiraz aksiyaları Fransada ötən ilin 17 noyabrında başlayıb.

Son xəbərlər

Orphus sistemi