Fransua Olland prezident seçkilərində səs verib - FOTO - YENİLƏNİB

Fransua Olland prezident seçkilərində səs verib - FOTO - YENİLƏNİB O, namizəd kimi seçkilərində iştirak etmir
Digər ölkələr
23 Aprel , 2017 12:55
Fransua Olland prezident seçkilərində səs verib - FOTO - YENİLƏNİB
Report.az

Paris. 23 aprel. REPORT.AZ/ Fransanın hazırkı prezidenti Fransua Olland ölkə prezidenti seçkilərində səs verib.

"Report"un Fransa bürosu xəbər verir ki, Olland ölkənin cənub-qərbində yerləşən Tül şəhərində səs verib.

O, 2001-ci ildən başlayaraq 7 il ərzində bu şəhərin meri vəzifəsində çalışıb.

Olland 2012-ci ildən Fransaya rəhbərlik edir, lakin bu il seçkilərdə iştirak etmir.

***10:49

Fransada Bakı vaxtı ilə 10:00-da ölkə prezidenti seçkilərinin birinci turu üzrə səsvermə start götürüb.

"Report" xəbər verir ki, dövlət başçısı postu uğrunda 11 namizəd mübarizə aparır.

Seçkilərin favoriti "İrəli" hərəkatının təsisçisi Emmanuel Makron, sağ Milli Cəbhə partiyasının lideri Marin Le Pen, "Respublikaçı" sağ-mərkəzçi partiyasından namizəd Fransua Fiyon və "Fəth olunmamış Fransa"nın lideri, sosialist Jan-Lük Melanşon hesab olunur.

Seçicilər siyahısında 45 milyondan çox fransalı qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi