Yuxarı

Fransada polis "sarı jiletlilərə" qarşı gözyaşardıcı qaz tətbiq edib

​Fransada polis "sarı jiletlilərə" qarşı gözyaşardıcı qaz tətbiq edib

Fransa polisi Monpele şəhərində "sarı jiletlər"in mitinqini dağıtmaq üçün su nasosları və gözyaşardıcı qaz tətbiq edib.

Bu barədə "Report" BFM telekanalına istinadən xəbər verir.

Qeyd edilir ki, nümayişçilər şəhər mərkəzində toplaşıblar. Bir qədər sonra etirazçılarla polis arasında toqquşmalar baş verib.

Etirazlar həmçinin Paris ətrafındakı şəhərdə başlanıb. Məlumata görə, aksiyaçılar həmçinin Ruanda da küçəyə çıxa bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi