Yuxarı

Fransada özünü terror qurbanı kimi qələmə verən şəxs azadlıqdan məhrum edilib

Fransada özünü terror qurbanı kimi qələmə verən şəxs azadlıqdan məhrum edilib
Məhkəmə onu 2 il müddətinə azadlıqdan məhrum edib

Bakı. 2 dekabr. REPORT.AZ/ Fransanın Versal şəhər məhkəməsi 2015-ci ilin noyabrında Parisin "Bataklan" konsert zalına hücum zamanı özünü terrorçuların əməlindən zərər çəkmiş şəxslərdən biri kimi qələmə verən kişi 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Report” "L'Express" nəşrinə istinadən xəbər verir ki, hücum zamanı o, hadisə yerində olub və mətbuata "hadisə şahidi" qismində çoxsaylı açıqlamalar verib.

Qeyd olunur ki, Terror Qurbanlarına Zəmanət Fonduna qarşı "dələduzluq cəhdi"nə görə, məhkəmə onu 1,5 ili şərti olmaqla 2 il müddətinə azadlıqdan məhrum edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi