Yuxarı

Fransada miqrantlara qarşı terror aktı planlaşdıran şəxs saxlanılıb

Fransada miqrantlara qarşı terror aktı planlaşdıran şəxs saxlanılıb
O, hüquq-mühafizə orqanlarına təhlükəsizliyə potensial təhlükə yaradan şəxs kimi tanış olub

Bakı. 3 iyul. REPORT.AZ/ Miqrantlara qarşı terror aktı törətməyi planlaşdıran və sosial şəbəkələrdə norveçli terrorçu Anders Breyviki tərfiləyən şəxs Fransanın Tarakson şəhərində Buş-dyu-Ron departamentində saxlanılıb.

"Report" "Fransa Info" portalına istinadən xəbər verir ki, onu keçən həftə saxlayıblar, iyulun 1-də isə terrora bəraət qazandırmaq və terror aktına hazırlaşmaq maddələri ilə ittiham irəli sürüblər.

İyirmi bir yaşlı gənc hüquq-mühafizə orqanlarına təhlükəsizliyə potensial təhlükə yaradan şəxs kimi tanış olub. O, əvvəllər cinayət məsuliyyətinə cəlb edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi