Fransada miqrantlar arasında kütləvi dava olub: 20 yaralı

Fransada miqrantlar arasında kütləvi dava olub: 20 yaralı Hadisə ilə bağlı 3 miqrant saxlanılıb
Digər ölkələr
1 İyul , 2017 21:57
Fransada miqrantlar arasında kütləvi dava olub: 20 yaralı
Foto Twitter.com

Bakı. 1 iyul. REPORT.AZ/ Fransanın şimalındakı Kale şəhərində miqrantlar arasında kütləvi dava olub.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Efiopiyadan və Eritreyadan olan miqrantlar yerli vaxtla saat 13:15-də dəyənəklə və daşla silahlanaraq şəhərin sənaye zonasında bir-birlərinə hücum ediblər. Kale merinin müavini Filip Minonun sözlərinə görə, dava zamanı 20 nəfər xəsarət alıb. Hadisə ilə bağlı 3 miqrant saxlanılıb.

Qeyd edək ki, analoji hadisə cümə günü axşam da baş verib. Polis hadisə ilə bağlı gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Dava zamanı 9 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi