Yuxarı

Fransada koronavirus qurbanlarının sayı 2,3 min nəfəri ötdü

​Fransada koronavirus qurbanlarının sayı 2,3 min nəfəri ötdü

477

Fransada koronavirusa yoluxanların sayı 37,5 min nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilir ki, son sutka ərzində ölkədə pandemiyadan 319 nəfər vəfat edib, bununla da ölənlərin ümumi sayı 2 314 nəfərə çatıb.

“Koronavirusa yoluxanların sayı 37 575 nəfərə çatıb. Son 24 saatda 4,6 mindən çox yoluxma halı qeydə alınıb”, - deyə məlumatda bildirilir.

Hazırda ölkə xəstəxanalarının reanimasiya şöbələrində 4 273 xəstə var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi