Fransada Janna d'Arkın heykəlinə Assancın maskası taxılıb - FOTO

Fransada Janna d'Arkın heykəlinə Assancın maskası taxılıb - FOTO Fransanın Tuluza şəhərində sarı jiletlilər hərəkatı fəallarının aksiyası zamanı naməlum şəxslər Janna d'Arkın heykəlinə qalmaqallı WikiLeaks saytının təsisçisi Culian Assancın maskasını taxıblar.
Digər ölkələr
21 Aprel , 2019 05:38
Fransada Janna d'Arkın heykəlinə Assancın maskası taxılıb - FOTO

Fransanın Tuluza şəhərində "sarı jiletlilər" hərəkatı fəallarının aksiyası zamanı naməlum şəxslər Janna d'Arkın heykəlinə qalmaqallı "WikiLeaks" saytının təsisçisi Culian Assancın maskasını taxıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü "France Bleu" radiostansiyası öz "Twitter" səhifəsində məlumat yayıb.

Nümayiş iştirakçıları həmçinin Fransa milli qəhrəmanının nizəsinə öz rəmzlərini – avtomobilçinin sarı rəngli işıqəksetdirən jiletini bağlayıblar.

Polis Tuluzada etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib.

Son xəbərlər

Orphus sistemi