Fransada hərbi patrula hücum edilib

Fransada hərbi patrula hücum edilib Təqribən 50 yaşında olan kişi qadın hərbçiyə hücum çəkərək onu boğmağa çalışıb
Digər ölkələr
23 Avqust , 2017 14:18
Fransada hərbi patrula hücum edilib

Bakı. 23 avqust. REPORT.AZ/ Fransada hərbi patrula hücum edilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Lion şəhərində təqribən 50 yaşında olan kişi "Sentinelle" əməliyyatının parulunda xidmət keçən qadın hərbçiyə hücum çəkərək onu boğmağa çalışıb.

Polis olay yerinə gələrək şübhəli şəxsi saxlayıb, onun cibində tibbi reseptlər tapılıb.

Hücum edən şəxsin böyük ehtimalla psixi pozğunluqdan əziyyət çəkdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi