Fransada hər 10 nəfərdən 8-i ölkədə dünyəvilik dəyərlərinin təhlükədə olduğu fikrindədir

Fransada hər 10 nəfərdən 8-i ölkədə dünyəvilik dəyərlərinin təhlükədə olduğu fikrindədir Fransada hər 10 nəfərdən 8-i ölkədə dünyəvilik dəyərlərinin təhlükədə olduğu fikrindədir. Reportun Fransa bürosu xəbər verir ki, Fransanın İctimai Rəy İnstitutunun (İfop) bu gün dərc etdiyi sorğunun nəticələrinə görə, hər 10 fransalının 8-i ölkədə dünyəvilik dəyərlərinin azalmasından narahatdır.
Digər ölkələr
27 Oktyabr , 2019 14:40
Fransada hər 10 nəfərdən 8-i ölkədə dünyəvilik dəyərlərinin təhlükədə olduğu fikrindədir

Fransada hər 10 nəfərdən 8-i ölkədə dünyəvilik dəyərlərinin təhlükədə olduğu fikrindədir. "Report"un Fransa bürosu xəbər verir ki, Fransanın İctimai Rəy İnstitutunun (İfop) bu gün dərc etdiyi sorğunun nəticələrinə görə, hər 10 fransalının 8-i ölkədə dünyəvilik dəyərlərinin azalmasından narahatdır.

Sorğunda iştirak edən fransalıların 78 faizi Fransada dünyəviliyin təhlükədə olduğunu, 22 faizi isə bunun əksini bildirib ki, bu da 15 il əvvələ nisbətən yüksək göstəricidir. Belə ki, 2005-ci ildə fransalıların yalnız 58 faizi dünyəviliyin təhlükədə olduğu fikrində idi.

Sorğuda iştirak edənlərin 39 faizi dünyəviliyin müdafiəsinin prioritet məsələ olduğunu bildirib.

Beləliklə, fransalılar hesab edirlər ki, dünyəviliyin müdafiəsi səhiyyə, işsizlik, alış qabiliyyəti, cinayətkarlıq və ekstremizmlə mübarizədən sonra növbəti prioritet məsələ olmalıdır. 

Son xəbərlər

Orphus sistemi