Fransada yeniyetmənin girov götürdüyü bütün şəxslər azad edilib - YENİLƏNİB

Fransada yeniyetmənin girov götürdüyü bütün şəxslər azad edilib - YENİLƏNİB Fransada yeniyetmənin girov götürdüyü bütün şəxslər azad edilib.
Digər ölkələr
8 May , 2019 03:07
Fransada yeniyetmənin girov götürdüyü bütün şəxslər azad edilib - YENİLƏNİB

Fransada yeniyetmənin girov götürdüyü bütün şəxslər azad edilib.

"Report" xəbər verir ki, Tuluz şəhəri yaxınlığında yerləşən Blanyak kommunasındakı tütün məmulatları mağazasında girov götürülmüş 5 nəfər azad edilib.

Məlumata görə, onları girov götürən şəxs 17 yaşlı yeniyetmədir. "BFMTV" telekanalının məlumatına görə, hadisəni törədən şəxs mağazada qalmaqdadır.

"O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açmaqla hədələyir. Həmin şəxs danışıqlar aparmağa nümayəndə gəlməyəcəyi və mühasirənin götürülməyəcəyi təqdirdə, girovları öldürəcəyini bildirib", - məlumatda qeyd olunub.


***19:37

Fransada naməlum silahlı şəxs 5 nəfəri girov götürüb.

"Report"un Fransa bürosu xəbər verir ki, hadisə Tuluz şəhəri yaxınlığında yerləşən Blanyak kommunasındakı tütün məmulatları mağazasında qeydə alınıb.

"O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açmaqla hədələyir. Həmin şəxs danışıqlar aparmağa nümayəndə gəlməyəcəyi və mühasirənin götürülməyəcəyi təqdirdə, girovları öldürəcəyini bildirib", - məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi