Fransada Fələstin dövlətinin tanınması müzakirə olunur

Fransada Fələstin dövlətinin tanınması müzakirə olunur Dekabrın 2-də Fransa parlamentinin aşağı palatasında məsələylə bağlı səsvermə keçiriləcək
Digər ölkələr
29 Noyabr , 2014 00:16
Fransada Fələstin dövlətinin tanınması müzakirə olunur

Bakı. 29 noyabr. REPORT.AZ/ Noyabrında 28-də Fransa parlamentində Fələstini müstəqil dövlət kimi tanımaqla bağlı müzakirələr başlanır. Müzakirələr nəticəsində deputatlar hökumətə Fələstinin tanınması üçün müraciət etməyi nəzərdə tuturlar.

"Report"un "Azadlıq Radiosu"na istinadən verdiyi xəbərə görə, dekabrın 2-də Fransa parlamentinin aşağı palatasında məsələylə bağlı səsvermə keçiriləcək.

Bugünə qədər artıq Britaniya, İrlandiya və İspaniya parlamentləri Fələstinlə-İsrail arasında danışıqların çox yavaş getməsi və nəticəsiz qalmasına etiraz olaraq bu cür müzakirələr keçirib və hökumətə çağırışlar ediblər. İsveç hökuməti isə artıq Fələstini rəsmən tanıyıb.

Noyabrın 24-də BMT-nin Baş katibi Ban Ki-mun bildirib ki, beynəlxalq ictimaiyyət İsrail-Fələstin münaqişəsinin siyasi həlli üçün yetərli irəliləyişlər əldə edə bilmədiyindən artıq ayrı-ayrı ölkə Fələstinin tanınması üçün addımlar atmağa vadar olublar.

Son xəbərlər

Orphus sistemi