Fransada etirazçılar Makronun istefasını tələb etməyə başlayıblar - FOTO

Fransada etirazçılar Makronun istefasını tələb etməyə başlayıblar - FOTO Paris. 9 dekabr. REPORT.AZ/ Dekabrın 8-də Fransada keçirilən etiraz aksiyalarının 4-cü günü baş verən toqquşmalar nəticəsində 17-si asayiş keşikçisi olmaqla 118 nəfər yaralanıb.
Digər ölkələr
9 Dekabr , 2018 02:52
Fransada etirazçılar Makronun istefasını tələb etməyə başlayıblar - FOTO

Paris. 9 dekabr. REPORT.AZ/ Dekabrın 8-də Fransada keçirilən etiraz aksiyalarının 4-cü günü baş verən toqquşmalar nəticəsində 17-si asayiş keşikçisi olmaqla 118 nəfər yaralanıb.

“Report“un Qərbi Avropa bürosunun məlumatına görə, gün ərzində aksiya iştirakçılarından 1385 nəfər saxlanılıb, onlardan 800 nəfəri isə nəzarət altına götürülüb.

Bütün Fransa üzrə 125 min, Parisdə isə 10 min nəfər etiraz aksiyasına qoşulub.

17 noyabrdan başlayaraq yanacaq qiymətləri və verginin artırılmasına qarşı çıxan etirazçılar, bu gün artıq Fransa prezidentinin istefasını tələb ediblər.

Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir, Parisin mərkəzinə zirehli texnika yeridilib.

Son xəbərlər

Orphus sistemi