Fransada etirazçılar elektrik stansiyasını dayandırıblar

Fransada etirazçılar elektrik stansiyasını dayandırıblar Fransanın cənub-şərqindəki İser Departamentində yerləşən ölkənin ən güclü Grand'Maison elektrik stansiyası hökumətin irəli sürdüyü təqaüd islahatı əleyhdarları tərəfindən ötən gün axşam dayandırılıb.
Digər ölkələr
22 Yanvar , 2020 14:27
Fransada etirazçılar elektrik stansiyasını dayandırıblar

Fransanın cənub-şərqindəki İser Departamentində yerləşən ölkənin ən güclü "Grand'Maison" elektrik stansiyası hökumətin irəli sürdüyü təqaüd islahatı əleyhdarları tərəfindən ötən gün axşam dayandırılıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, belə bir addım CGT həmkarlar ittifaqının təşəbbüsü ilə atılıb. Həmin stansiyanın layihə gücü 1800 mVt təşkil edir ki, bu da “Électricité de France” dövlət şirkətinin tabeliyində olan elektrik stansiyalarının məcmu gücünün 9 faizini təşkil edir.

Xatırladaq ki, Fransa hökumətinin irəli sürdüyü təqaüd islahatı layihəsinə qarşı ötən ilin sonundan ümumi müddətsiz tətil keçirilir. Həmin islahat nəqliyyat işçiləri və bir sıra başqa qrupların təqaüdə çıxarkən müəyyən imtiyazlar və xüsusi rejimdən məhrum olunmasını nəzərdə tutur. Layihə fevral ayında parlamentin müzakirəsinə çıxarılmalıdır.

Son xəbərlər

Orphus sistemi