Yuxarı

​Fransada düşərgəsi dağıdılan iranlı miqrantlar etiraz olaraq ağızlarını tikiblər

​Fransada düşərgəsi dağıdılan iranlı miqrantlar etiraz olaraq ağızlarını tikiblər
Onlar bu şəkildə hakimiyyətin qərarına etiraz ediblər

Bakı. 3 mart. REPORT.AZ/ Fransanın Kale şəhərində İrandan olan 8 miqrant qaçqın düşərgələrinin sökülməsinə qarşı çıxaraq ağızlarını qismən tikiblər.

"Report" "The Mirror"a istinadən xəbər verir ki, baş verənlərin şahidi olan könüllülərdən ibarət cəmiyyət nümayəndələrinin sözlərinə görə, miqrantlar onların komaları dağıdıldıqdan sonra ağızlarını tikmək qərarına gəliblər.

Düşərgənin dağıdılmasına etiraz edən qaçqınlar ərazidə yürüş edərək əllərində hakimiyyətin qərarını pisləyən plakatlar tutublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi