Fransada COVID-19-dan ölənlərin sayı 26 mini keçib

Fransada COVID-19-dan ölənlərin sayı 26 mini keçib Fransada son 24 saat ərzində 243 nəfər COVID-19-un qurbanı olub.
Digər ölkələr
8 May , 2020 22:18
Fransada COVID-19-dan ölənlərin sayı 26 mini keçib

Fransada son 24 saat ərzində 243 nəfər COVID-19-un qurbanı olub.

“Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, koronavirusa yoluxan 95,6 min nəfər xəstəxanaya yerləşdirilib. Müalicə alan 55,7 mindən çox pasiyent xəstəxanalardan evə buraxılıb.

Martın əvvəlindən 26 230 nəfər koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib.

Ümumilikdə isə 22,7 min nəfər tibb müəssisələrində müalicələrini davam etdirirlər. Onlardan 2 868-nin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi