Fransada bir həftə ərzində üç məscid bağlanıb

Fransada bir həftə ərzində üç məscid bağlanıb "Lanyi sur Marn şəhərindəki məsciddə genişmiqyaslı əməliyyat-axtarış işləri aparılıb"
Digər ölkələr
3 Dekabr , 2015 06:20
Fransada bir həftə ərzində üç məscid bağlanıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Fransa hökuməti son bir həftə ərzində ölkənin müxtəlif regionlarında ekstremist ideyalar yaymaqda şübhəli saydığı üç məscidin bağlanmasına qərar verib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Fransanın daxili işlər naziri Bernar Kaznöv verib.

"Bu gün səhər saat 05:30-dan Lanyi sur Marn şəhərindəki məsciddə genişmiqyaslı əməliyyat-axtarış işləri aparılıb. Məscid bağlanılıb", - nazir bildirib.

DİN rəhbərinin verdiyi məlumata görə, əməliyyat nəticəsində Lanyidə 22 nəfərə Fransadan çıxmaq qadağan edilib, 9 nəfər radikal dindara isə "ev dustaqlığı" cəzası kəsilib. Bundan əlavə, məscidin ruhaniləri ilə bağlı olan şəxslərdən birinin evində axtarış zamanı 9 mm kalibrli revolver tapılıb. Həmin şəxs dərhal müvəqqəti saxlama məntəqəsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi