Fransada Avropa Parlamentinə keçirilən seçkilərdə Lö Penin partiyası liderlik edir - YENİLƏNİB

Fransada Avropa Parlamentinə keçirilən seçkilərdə Lö Penin partiyası liderlik edir - YENİLƏNİB Fransada Avropa Parlamentinə keçirilən seçkilərdə 24,2 faiz səs ilə Mari Lö Penin Milli Yığıncaq Partiyası (RN) liderlik edir.
Digər ölkələr
26 May , 2019 23:45
Fransada Avropa Parlamentinə keçirilən seçkilərdə Lö Penin partiyası liderlik edir - YENİLƏNİB

Fransada Avropa Parlamentinə keçirilən seçkilərdə 24,2 faiz səs ilə Mari Lö Penin Milli Yığıncaq Partiyası (RN) liderlik edir.

"Report"un Fransa bürosu məlumat verir ki, ikinci yerdə Fransa Prezidenti Emmanuel Makronun partiyası İrəliləyən Respublika (22,4), üçüncü yeri Yaşıllar partiyası (12,7), dördüncü yeri Respublikasçılar partiyası (8,3) gəlib.

Sosialistlər Partiyası və Əyilməyən Fransa Partiyası yalnız 6,2 faiz toplaya bilib.

Avropanın 28 ölkəsindən cəmi 751 Avropa deputatı seçilib ki, bunun 74-ü Fransanın payına düşür.


***13:06

Bu gün Fransada Avropa Parlamentinə seçkilər keçirilir.

"Report"un Fransa bürosu məlumat verir ki, seçkilərdə iştirak edən 47,1 milyon fransalı seçici 74 Avropa deputatı seçəcəklər.

Seçki məntəqələri yerli vaxtla səhər saat 8:00-dan fəaliyyətə başlayıb.

Xatırladaq ki, bu gün Fransa ilə yanaşı, Avropa İttifaqının daha 21 ölkəsində Avropa Parlamentinə seçkilər keçirilir.

Son xəbərlər

Orphus sistemi