Fransada antiterror əməliyyatı zamanı 6 nəfər saxlanılıb

Fransada antiterror əməliyyatı zamanı 6 nəfər saxlanılıb Saxlanılanlardan biri - 48 yaşlı kişi daha əvvəl səkkiz il ABŞ-ın xüsusi rejimli Quantanamo həbsxanasında məhbus olub
Digər ölkələr
30 May , 2017 13:59
Fransada antiterror əməliyyatı zamanı 6 nəfər saxlanılıb

Bakı. 30 may. REPORT.AZ/ Fransada polis tərəfindən həyata keçirilən antiterror əməliyyatı zamanı 6 nəfər saxlanılıb.

Bu barədə "Report" yerli BFMTV telekanalına istinadən xəbər verir.

Polisdəki mənbə əməliyyatın prokurorluğun tələbi əsasında paytaxtın İl de Frans bölgəsində, eləcə də ölkənin cənub-qərbində yerləşən Bordo şəhərində keçirildiyini bildirib.

"Dörd kişi və iki qadın saxlanılıb", - telekanal informasiyanı dəqiqləşdirib.

Saxlanılanlardan biri - 48 yaşlı kişi daha əvvəl səkkiz il ABŞ-ın xüsusi təhlükəli silahlı-radikalları saxlamaq üçün yaradılmış Quantanamo həbsxanasında məhbus olub. 

Son xəbərlər

Orphus sistemi