Fransada 8 mindən çox insan koronavirusun qurbanı oldu

Fransada 8 mindən çox insan koronavirusun qurbanı oldu Fransada koronavirusa yoluxanların sayı 70 478 nəfərə çatıb.
Digər ölkələr
5 Aprel , 2020 22:32
Fransada 8 mindən çox insan koronavirusun qurbanı oldu

Fransada koronavirusa yoluxanların sayı 70 478 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Sant publique France” agentliyi məlumat yayıb.

Məlumata görə, ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 8 078 nəfər təşkil edib. 

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib. 

Son məlumata görə, dünyada koronavirusa yoluxma hallarının sayı 1 133 758, ölənlərin sayı 62 784 nəfər təşkil edir. 

Son xəbərlər

Orphus sistemi