Fransada "sarı jiletlilər"in aksiyasında 33 mindən çox insan iştirak edib

Fransada "sarı jiletlilər"in aksiyasında 33 mindən çox insan iştirak edib Bu gün Fransada 33,7 min sakin sarı jiletlilərin növbəti etiraz aksiyasında iştirak edib. Report xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Digər ölkələr
31 Mart , 2019 00:53
Fransada sarı jiletlilərin aksiyasında 33 mindən çox insan iştirak edib

Bu gün Fransada 33,7 min sakin "sarı jiletlilər"in növbəti etiraz aksiyasında iştirak edib. "Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, təkcə Parisdə 4 min nəfər etiraz etmək üçün küçələrə axışıb. Ancaq onlara Yelisey çöllərinə çıxmağa icazə verilməyib .

Nümayişlər ümumilikdə sakit məcrada keçsə də polis, əmrə tabe olmayan 103 nəfəri saxlayıb. Onlardan 56 nəfəri həbs edilib. Nümayişlər paytaxt Parislə yanaşı Bordo, Tuluza, Lion və digər şəhərlərdə də keçirilib.

Son xəbərlər

Orphus sistemi