Fransada 10 min hərbçi obyektlərin qorunması və mühafizəsinə yönəldiləcək

Fransada 10 min hərbçi obyektlərin qorunması və mühafizəsinə yönəldiləcək Bu barədə ölkənin müdafiə naziri Jan-İv Le Drian bildirib
Digər ölkələr
12 Yanvar , 2015 14:57
Fransada 10 min hərbçi obyektlərin qorunması və mühafizəsinə yönəldiləcək

Bakı. 12 yanvar. REPORT.AZ/ Fransa ərazisində 10 min hərbçi müxtəlif oyektlərin qorunması və mühafizəsində, həmçinin terror aktlarının qarşısının alınması üzrə digər tədbirlərdə iştirak edəcək. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Jan-İv Le Drian bildirib.

O, ötən həftə törədilən terror aktlarının həyata keçirilməsindən sonra Yelisey Sarayında keçirilən təhlükəsizlik məsələləri üzrə iclasda iştirak edib. İclas Fransa prezidenti Fransua Ollandın sədrliyi ilə keçirilib. 

"Fransa prezidenti silahlı qüvvələrə ölkə ərazisində hücuma məruz qala biləcək obyektlərin təhlükəsizliyinin təmin olunmasında iştirak etmək əmrini verib", - deyə, Le Drian bildirib. O, qeyd edib ki, terrorçuların fəaliyyətinin təhlükəsi olduqca ciddidir. Nazirin verdiyi məlumata görə, hərbçilərin yerləşdirilməsi sabah başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi