Fransa XİN İrandakı etirazlara münasibət bildirib

Fransa XİN İrandakı etirazlara münasibət bildirib "Nazirlik müstəqil şəkildə nümayişlərin keçirilməsini təməl haqlardan biri hesab edir"
Digər ölkələr
2 Yanvar , 2018 20:05
Fransa XİN İrandakı etirazlara münasibət bildirib

Bakı. 2 yanvar. REPORT.AZ/ "Fransa İranda etirazlar zamanı çoxlu sayda saxlanılan və xəsarət alanlarla bağlı narahatlıq keçirir."

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in yazılı bəyanatında deyilir.

Bildirilib ki, nazirlik İrandakı etirazları yaxından izləyir və müstəqil şəkildə nümayişlərin keçirilməsini təməl haqlardan biri hesab edir.

Bəyanatda vurğulanıb ki, Fransa rəsmilərinin İranın hökümət nümayəndələri ilə görüşləri zamanı insan hüquqları mövzusu müzakirə ediləcək ən vacib məsələlərdən biri olacaq. 

Son xəbərlər

Orphus sistemi