Fransa XİN başçısı britaniyalı həmkarını yalançı adlandırıb

Fransa XİN başçısı britaniyalı həmkarını yalançı adlandırıb Eyro: "O, Brexit" kampaniyası zamanı çox sayda britaniyalıya yalan danışıb"
Digər ölkələr
14 İyul , 2016 15:38
Fransa XİN başçısı britaniyalı həmkarını yalançı adlandırıb

Bakı. 14 iyul. REPORT.AZ/ Fransa xarici işlər naziri Jan-Mark Eyro britaniyalı həmkarı Boris Consonu yalan danışmaqda günahlandırıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, o, britaniyalı həmkarının "Brexit" kampaniyası zamanı yalan danışdığını açıqlayıb.

"Consona görə narahat deyiləm. Amma "Brexit" kampaniyası zamanı o, çox sayda britaniyalıya yalan danışıb. İndi də divara sıxışdırılıb", - deyə Fransa XİN başçısı "Europe 1" radiostansiyasının efirində bildirib.

Eyro həmçinin rahat danışa və etibar edə biləcəyi tərəfdaşa ehtiyac duyduğunu qeyd edib.

Xatırladaq ki, iyulun 13-də Böyük Britaniyanın yeni baş naziri Tereza Mey Londonun keçmiş meri Boris Consonu xarici işlər naziri postuna təyin edib.

Son xəbərlər

Orphus sistemi