Fransa XİN: ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi təklifi təxribatdır

Fransa XİN: ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi təklifi təxribatdır Bu təkliflə ABŞ-ın seçilmiş prezidenti Donald Tramp çıxış edib
Digər ölkələr
15 Yanvar , 2017 19:21
Fransa XİN: ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi təklifi təxribatdır

Bakı. 15 yanvar. REPORT.AZ/ Fransanın xarici işlər naziri Jan-Mark Eyro bildirib ki, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Amerikanın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsinə dair təklifi ciddi fəsadlar törədə biləcək təxribatdır.

"Report" xəbər verir ki, bu barədə Fransa televiziyasına istinadən "Reuters" məlumat yayıb.

"Əlbəttə (bu təxribatdır). Düşünürəm ki, o bunu edə bilməyəcək", - deyə XİN rəhbəri "France-3" telekanalının efirində bildirib.

Nazir bunun "son dərəcə ciddi fəsadlara" gətirib çıxaracağına əminliyini ifadə edib.

Eyro qeyd edib ki, Amerika səfirliyinin Qüdsə köçürülməsi planı dəfələrlə ABŞ prezidentlərinin gündəliyində durub, lakin onlardan heç biri "belə bir qərar qəbul etməyi özünə rəva bilməyib".

Son xəbərlər

Orphus sistemi