Fransa vətəndaşı nadir dinozavrın skeletini 2 milyon avroya alıb

Fransa vətəndaşı nadir dinozavrın skeletini 2 milyon avroya alıb Bakı. 7 iyun. REPORT.AZ/ Adının açıqlanmasını istəməyən fransız kolleksiyaçı 150 milyon il əvvəl yaşamış nadir dinozavrın skeletini 2 milyon avroya alıb.
Digər ölkələr
7 İyun , 2018 03:33
Fransa vətəndaşı nadir dinozavrın skeletini 2 milyon avroya alıb

Bakı. 7 iyun. REPORT.AZ/ Adının açıqlanmasını istəməyən fransız kolleksiyaçı 150 milyon il əvvəl yaşamış nadir dinozavrın skeletini 2 milyon avroya alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, dinozavrın skeleti 5 il əvvəl tapılıb. Mütəxəssislərin sözlərinə görə, skelet 9 metr uzunluğa, təxminən 2 metr yarım hündürlüyə malik, allozavrlara aid, Yura dövründə yaşamış heyvana aid olub.

Hərracda yapon və isveç rəqiblərini üstələyərək skeleti almış fransız kolleksiyaçı heyvanın sümüklərini muzeyə qoymağı söz verib. Lakin bunun hansı muzey olacağını açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi