Fransa Suriyadakı vəziyyətlə bağlı BMT TŞ-nin təcili iclasının çağırılmasını istəyir

Fransa Suriyadakı vəziyyətlə bağlı BMT TŞ-nin təcili iclasının çağırılmasını istəyir Paris Afrində atəşin dayandırılmasını təkid edir
Digər ölkələr
21 Yanvar , 2018 16:03
Fransa Suriyadakı vəziyyətlə bağlı BMT TŞ-nin təcili iclasının çağırılmasını istəyir

Bakı. 21 yanvar. REPORT.AZ/ Fransa Afrindəki hadisələrdən sonra Suriyadakı vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili yığıncağının çağırılmasını istəyib.

“Report” xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

"Suriya: Ğuta, İdlib, Afrin — Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istəyir", - deyə nazir "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, şənbə günü səhər o, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb.

Diplomat qeyd edib ki, Fransa atəşin dayandırılmasını və Suriyaya maneəsiz humanitar yardımın çatdırılmasına şərait yaradılmasını təkid edir.

Son xəbərlər

Orphus sistemi