Fransa prezidentini Burkina-Fasoda müşayiət edən nümayəndə heyətini daşıyan avtobusu daş-qalaq ediblər

Fransa prezidentini Burkina-Fasoda müşayiət edən nümayəndə heyətini daşıyan avtobusu daş-qalaq ediblər Hadisə zamanı Emmanuel Makron Burkina-Faso prezidenti ilə görüşdə olub
Digər ölkələr
28 Noyabr , 2017 17:09
Fransa prezidentini Burkina-Fasoda müşayiət edən nümayəndə heyətini daşıyan avtobusu daş-qalaq ediblər
AFP

Bakı. 28 noyabr. REPORT.AZ/ Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində Fransa nümayəndə heyətinin avtobusunu daş-qalaq ediblər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fransa prezidentinin mətbuat katibi Bruno Rojer-Peti bildirib.

Xatırladaq ki, dünən axşam Fransa prezidenti Emmanuel Makron Afrika turnesinin birinci mərhələsi çərçivəsində Burkina-Fasoya səfər edib.

B.Rojer-Petinin sözlərinə görə, hadisə baş verən zaman E.Makron Burkina-Faso prezidenti Rok Mark Kristian Kabore ilə görüşdə olub.

Nümayəndə heyətini daşıyan mikroavtobusun şüşələri qırılıb.

Son xəbərlər

Orphus sistemi