​Fransa prezidenti Paris yaxınlığındakı Suriya qaçqınları ilə görüşüb

​Fransa prezidenti Paris yaxınlığındakı Suriya qaçqınları ilə görüşüb Fransua Olland suriyalı qaçqınlar ilə uzun-uzadı söhbət edib
Digər ölkələr
12 Sentyabr , 2015 22:13
​Fransa prezidenti Paris yaxınlığındakı Suriya qaçqınları ilə görüşüb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland Parisin şimal-qərbində yerləşən Serji-Pontuaz şəhərində suriyalı qaçqınlar üçün yaradılan düşərgəyə səfər edib.

"Report" xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Görüşə mətbuat işçiləri buraxılmayıb.

Hazırda Serji-Pontuazda sentyabrın 9-da Almaniyadan avtobuslarla Fransaya gələn kiçik miqrant qurupu yaşayır. Onlar Paris yaxınlığında iki düşərgəyə yerləşdirilib.

Fransa prezidenti qaçqınlarla uzun-uzadı söhbət edib. O qaçqınlara Fransada sığınacaq verilməsi məsələsinə operativ olaraq 15 gün ərzində baxılacağını bildirib.

Fransa iki illik müddət ərzində öz ərazisinə 24 min qaçqın və miqrant yerləşdirməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi