​Fransa prezidenti Müdafiə Şurasının təcili toplantısını keçirir

​Fransa prezidenti Müdafiə Şurasının təcili toplantısını keçirir Müşavirə başa çatdıqdan sonra Fransa prezidenti Nitseyə yola düşəcək və terror aktının törədildiyi əraziyə baş çəkəcək
Digər ölkələr
15 İyul , 2016 11:42
​Fransa prezidenti Müdafiə Şurasının təcili toplantısını keçirir

Bakı. 15 iyul. REPORT.AZ/ Fransa prezidenti Fransua Ollandın başçılığı ilə Yelisey sarayında Müdafiə Şurasının toplantısı keçirilir.

"Report" xəbər verir ki, bu haqda yerli "BFM-TV" telekanalı məlumat yayıb.

İnformasiyaya görə, təcili toplantı ötən gecə Fransanın Nitse şəhərində törədilən terror aktı ilə bağlıdır.

Məlumatda bildirilib ki, yığıncaqda ölkənin güc strukturlarının rəhbərləri iştirak edir.

Müşavirə başa çatdıqdan sonra Fransua Olland Nitseyə yola düşəcək. O, terror aktının törədildiyi əraziyə baş çəkəcək. 

Qeyd edək ki, Nitsedə törədilən terror aktı nəticəsində 84 nəfər ölüb, 50-si ağır olmaqla 100-ə yaxın insan yaralanıb. Terroru törədən sürücü hadisə yerində güllələnərək, öldürülüb. 

Son xəbərlər

Orphus sistemi