Bakı. 10 noyabr. REPORT.AZ/ Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampla görüşdə Avropada təhlükəsizliyi möhkəmləndirmək zərurəti barədə deyib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Fransa Prezidenti vurğulayıb ki, Avropa NATO çərçivəsində müdafiə xərclərinin payını artırmalıdır.
O həmçinin müdafiəyə milli xərcləri artırmağa çağırıb.
E.Makron bir qədər əvvəl müdafiə büdcəsinin ÜDM-in 2% -dək artırılmasını nəzərdə tutan planı təqdim edən Fransanı misal gətirib.