Fransa parlamentində axtarış aparılır

Fransa parlamentində axtarış aparılır Müstəntiqlər vəsaitlərin oğurlanması işinin isitintaqı ilə bağlı sənədləri əldə etmək üçün parlament binasına gəlib
Digər ölkələr
31 Yanvar , 2017 16:12
Fransa parlamentində axtarış aparılır

Bakı. 31 yanvar. REPORT.AZ/ Fransız müstəntiqlər dövlət vəsaitinin mümkün oğurlanması, başqa sözlə, "Penelopa Fiyon işi"nin isitintaqı ilə bağlı sənədləri əldə etmək üçün Fransa Milli Assambleyasının (parlament) binasına gəliblər.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"BFM TV" telekanalının məlumatına görə, müstəntiqlər Fransanın keçmiş baş naziri Fransua Fiyonun həyat yoldaşı Penepolaya verilən əməkhaqqı ödənişləri ilə bağlı sənədləri əldə etmək niyyətindədir.

Qeyd edək ki, ötən həftə Fransanın "Le Canard Enchaine" qəzetində keçmiş baş nazirin həyat yoldaşının bir neçə il ərzində Milli Assambleyada Fransua Fiyonun köməkçisi qismində ştatda olduğu, müvafiq əmək haqqı aldığı, amma heç bir konkret iş görmədiyi iddia edilən araşdırma yazısı dərc edilib. Ona 500 min avro ödənilib.

Son xəbərlər

Orphus sistemi