Fransa "Mistral" gəmilərinin Rusiyaya satışına dair razılaşmaya xitam verdi

Fransa "Mistral" gəmilərinin Rusiyaya satışına dair razılaşmaya xitam verdi Rusiyanın bu gəmilərə görə €840 milyon həcmindəki ödənişi bütövlüklə geri qaytılaracaq
Digər ölkələr
5 Avqust , 2015 23:11
Fransa Mistral gəmilərinin Rusiyaya satışına dair razılaşmaya xitam verdi

Bakı. 5 avqust. REPORT.AZ/ Fransa "Mistral" hərbi gəmilərinin Rusiyaya satışına dair razılaşmaya xitam verildiyini rəsmən təsdiqlədi.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, iki hərbi gəmini Moskvaya satmaqdan imtina edən Fransa rəhbərliyi, Rusiyanın bu gəmilərə görə €840 milyon həcmində ödənişinin bütövlüklə geri qaytılaracağını vəd edib.

Beləliklə, hər iki gəmi Fransanın nəzarəti altında qalacaq.

Mistral gəmilərinə dair müqavilənin dəyəri €1.2 milyard təşkil edirdi.

Xatırladaq ki, Fransa Rusiyaya iki "Mistral" hərbi gəmisinin satışından Ukraynanın şərqində hərbi münaqişə başlandıqdan sonra imtina edib.

Rusiya Ukraynanın şərqində separataçı üsyançıları dəstəkləməkdə ittiham olunur.

Helikopter daşıyıcısı olan həmin gəmilərdən birincisi - "Vladivostok" adı ilə 2014-cü ilin noyabrında Rusiyaya təhvil verilməli idi.

Son xəbərlər

Orphus sistemi