Yuxarı

​Fransa Holokost qurbanlarına 60 milyon dollar ödəyəcək

​Fransa Holokost qurbanlarına 60 milyon dollar ödəyəcək
Təzminat SNCF dövlət şirkətinin qatarları ilə nasistlərin həbs düşərgələrinə gətirilənlərə ödəniləcək

Bakı. 6 dekabr. REPORT.AZ/ Fransa və ABŞ hakimiyyətləri II Dünya müharibəsi zamanı Fransanın dəmiryol şirkəti tərəfindən deportasiya edilən Holokost qurbanlarına təzminatın ödənilməsi barədə razılıq əldə edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, hər iki tərəf təzminat fondunun 60 milyon dollar təşkil edəcəyini bəyan edib.

Təzminat SNCF dövlət şirkətinin qatarları ilə nasistlərin həbs düşərgələrinə gətirilənlərə ödəniləcək.

Holokost zamanı SNCF şirkətinə məxsus qatarlar həbs düşərgələrinə ümumilikdə 76 min yəhudi əsir daşıyıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi