Fransa hökuməti təşkilatçılara etiraz yürüşünü keçirməməyi məsləhət görüb

Fransa hökuməti təşkilatçılara etiraz yürüşünü keçirməməyi məsləhət görüb Bakı. 13 dekabr. REPORT.AZ/ “Şənbə günü yürüşün keçirilməsini məqbul saymırıq”.
Digər ölkələr
13 Dekabr , 2018 13:08
Fransa hökuməti təşkilatçılara etiraz yürüşünü keçirməməyi məsləhət görüb
0 : 00
0 : 00

Bakı. 13 dekabr. REPORT.AZ/ “Şənbə günü yürüşün keçirilməsini məqbul saymırıq”.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Fransa hökumətinin sözçüsü Benjamin Qrivo bildirib.

“Qəzəb ifadə edilib, eşidilib. Ona görə də yürüşü keçirməyi məqbul saymırıq”, - o vurğulayıb.

B.Qrivo deyib ki, Fransa hakimiyyəti şənbə gününə nəzərdə tutulan yürüşün qadağan olunması ilə bağlı qərar qəbul etməyib: “Hazırkı şəraitdə yürüşlərin keçirilməsini məqbul saymırıq. Asayiş keşikçilərinin böyük bir hissəsinin son istirahət günləri, o cümlədən Strasburqdakı hadisə ilə bağlı işləri daha çox olub”.

“Sarı jiletlilər” dekabrın 15-də etiraz aksiyası keçirməyi planlaşdırırlar.

Xatırladaq ki, noyabrın 17-dən Fransada avtomobil yanacağının qiymətinin bahalaşacağına etiraz aksiyaları keçirilir

Son xəbərlər

Orphus sistemi