Fransa hökuməti istefaya göndərilib

Fransa hökuməti istefaya göndərilib Baş nazir və yeni kabinetin üzvləri gələn həftə təyin olunacaq
Digər ölkələr
11 May , 2017 02:30
Fransa hökuməti istefaya göndərilib

Bakı. 11 may. REPORT.AZ/ Fransanın baş naziri Bernar Kaznyov rəhbərlik etdiyi hökumətin istefaya getdiyini elan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Bildirilir ki, Fransa prezidenti Fransua Olland mövcud ənənəyə uyğun olaraq istefa ərizəsini qəbul edib.

Baş nazir və yeni kabinetin üzvləri gələn həftənin əvvəlində təyin olunacaqlar.

İngilis versiyası French government resigns

Son xəbərlər

Orphus sistemi