​Fransada hərbi təyyarə binanın üzərinə düşüb

​Fransada hərbi təyyarə binanın üzərinə düşüb Hadisə nəticəsində ən azı dörd mülki şəxs xəsarət alıb
Digər ölkələr
11 Dekabr , 2014 00:29
​Fransada hərbi təyyarə binanın üzərinə düşüb

Bakı. 11 dekabr. REPORT.AZ/ Fransada məhdud imkanlı insanların müalicə olunduğu binanın üzərinə hərbi təyyarə düşüb.

"Report" İTAR-TASS-a istinadən xəbər verir ki, qəza Tur şəhəri ərazisində baş verib.

Hadisə nəticəsində ən azı dörd mülki şəxs xəsarət alıb. Təyyarəçilərin aqibəti haqda məlumat yoxdur.

Qəzaya Fransa Hərbi Hava Qüvvələrində, xüsusilə də pilotların öyrədilməsində istifadə olunan yüngül mühərrikli "Alpha Jet" tipli təyyarə uğrayıb.

Son xəbərlər

Orphus sistemi