Yuxarı

Fransa baş nazirinin iqamətgahında qvardiyaçının meyiti tapılıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Fransanın baş naziri Eduar Filippin Parisdəki iqamətgahında qvardiyaçının meyiti aşkar olunub.

"Report" "Le Figaro" nəşrinə istinadən yazır ki, meyit iqamətgahda videomüşahidəyə cavabdeh olan 45 yaşlı kişiyə məxsusdur.

Cəsədin yanında onun xidməti silahı da olub.

Əsas fərziyyəyə görə, qvardiyaçı intihar edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi