Yuxarı

Fransa neft obyektlərinə hücumları araşdırmaq üçün Səudiyyə Ərəbistanına mütəxəssislər göndərir

​Fransa araşdıtma üçün Ərəbistanına mütəxəssislər göndərir
© Getty

Fransa pilotsuz uçan aparatlarla Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücumun araşdırılmasında iştirak etmək üçün bu ölkəyə mütəxəssislər göndərəck.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron ilə vəliəhd Məhəmməd bin Salman əl-Səud arasında baş tutan telefon danışığından sonra Yelisey sarayından bildiriblər.

Qeyd edək ki, liderlərin telefon danışığı sentyabrın 17-də baş tutub.

Söhbət zamanı E.Makron Abkaik və Xurayisdəki neft obyektlərinə edilən hücumları sərt şəkildə pisləyib və Səudiyyə Ərəbistanı, onun bütün vətəndaşları ilə həmrəy olduğunu bildirib. "O, Fransanın Səudiyyə Ərəbistanının təhlükəsizliyinə və bölgədəki sabitliyə sadiqliyini təsdiqləyib", - Yelisey sarayından bildiriblər.

Xatırladaq ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanın iki neft obyektində pilotsuz aparatların hücumu nəticəsində yanğınlar baş verib. Neft sahəsində ən böyük ixracatçı və üç ən böyük istehsalçıdan biri olan ölkə hücumdan sonra hasilatı 50%-dən çox azaltdığını açıqlayıb. Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının döyüşdüyü yəmənli üsyançılar - husilər neft yaraqlılarına onların döyüşçülərinin pilotsuz uçuş aparatlarla hücum etdiklərini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi