Fransa А400М tipli təyyarələrin uçuşlarını dayandırmayacaq

Fransa А400М tipli təyyarələrin uçuşlarını dayandırmayacaq Almaniya, Böyük Britaniya və Türkiyə bu təyyaralərin uçuşuna müvəqqəti qadağa qoyub
Digər ölkələr
10 May , 2015 19:25
Fransa А400М tipli təyyarələrin uçuşlarını dayandırmayacaq

Bakı. 10 May. REPORT.AZ/ Dövrümüzün ən müasir hərbi-nəqliyyat təyyarəsi hesab olunan А400М-lərdən birisinin ötən gün İspaniyanın Sevilya bölgəsində qəzayə uğramasından sonra da Fransa höküməti sözü gedən tipli təyyarələri istifadə etməyə davam edəcək.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransanın müdafiə naziri Jan-İv le Drian bildirib.

Ancaq onun sözlərinə görə, hadisənin təfərruatları məlum olana qədər Paris А400М-lərin istifadəsini minimum səviyyədə tutacaq.

"Biz çalışacağıq ki, ancaq prioritet təşkil edən məqamlarda А400М-lərə üz tutaq", -deyə Fransalı nazir vurğulayıb.

Qeyd edək ki, Almaniya, Böyük Britaniya və Türkiyə rəsmiləri bu tipli təyyaralərin uçuşuna müvəqqəti qadağa qoyub.

Qəzaya uğrayan təyyarənin "qara qutuları" isə artıq tapılıb. 

Son xəbərlər

Orphus sistemi