"Fox News": Donald Tramp bu gün Reks Tillersonu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd elan edəcək

"Fox News": Donald Tramp bu gün Reks Tillersonu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd elan edəcək "ExxonMobil" neft korporasiyasının rəhbəri ötən həftə ərzində iki dəfə D.Trampla görüşüb
Digər ölkələr
13 Dekabr , 2016 10:18
Fox News: Donald Tramp bu gün Reks Tillersonu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd elan edəcək

Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ prezidenti seçilən Donald Tramp bu gün "ExxonMobil" neft korporasiyasının rəhbəri Reks Tillersonu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd elan edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Fox News" telekanalı informasiya yayıb.

Qeyd edək ki, daha əvvəl D.Tramp "Twitter" səhifəsində administrasiyasında dövlət katibi vəzifəsinə namizədin adını dekabrın 13-də səhər saatlarında elan edəcəyini yazıb.

Gələcək hökumətdə əsas vəzifələrdən birinə namizədlərin müzakirəsi ABŞ-da artıq bir neçə həftədir davam edir.

R.Tillerson isə ötən həftə ərzində iki dəfə D.Trampla görüşüb. O, Moskva ilə daha sıx əlaqələrin tərəfdarı kimi tanınır. Üstəlik, 2012-ci ildə R.Tillerson Rusiya prezidentindən Dostluq ordeni alıb.

Əlavə edək ki, dekabrın 11-də "Fox News" telekanalına müsahibəsində D.Tramp Rusiya iş yaxşı münasibətlərinin olmasını iş adamının üstünlüyü kimi qələmə verib.

Son xəbərlər

Orphus sistemi