"Fox News" Britaniyada yayımını dayandırır

"Fox News" Britaniyada yayımını dayandırır Yayımın davam etdirilməsi şirkətin kommersiya maraqları dairəsində deyil
Digər ölkələr
30 Avqust , 2017 02:59
Fox News Britaniyada yayımını dayandırır

Bakı. 30 avqust. REPORT.AZ/ "Fox News" telekanalı Böyük Britaniyadakı fəaliyyətini dayandıracaq.

"Report" xəbər verir ki, bu barədə "21st Century Fox" nümayəndəsinin bəyanatına istinadən BBC məlumat yayıb.

"["Fox" rəhbərliyi] Böyük Britaniyada "Fox News Channel"ın yayımını dayandırmağa qərar verib", - deyə şirkətin nümayəndəsi bildirib.

O vurğulayıb ki, "Fox News" ABŞ bazarına hesablanıb və Amerika auditoriyası üçün verilişlər hazırlayır.

"Kanalın müvafiq olaraq, Böyük Britaniyada orta hesabla gündə cəmi bir neçə min tamaşaçısı var. Biz qərara gəldik ki, Böyük Britaniyada "Fox News"un yayımını davam etdirmək bizim kommersiya maraqlarımız dairəsində deyil", - deyə nümayəndə bildirib.

BBC-nin mənbəsinin məlumatına görə, "21st Century Fox"un bu qərarı korporasiya tərəfindən Britaniya "Sky News"unun alınmasına dair razılaşma ilə bağlı deyil.

Son xəbərlər

Orphus sistemi