"Ford" Şimali Amerikada 2 milyona yaxın avtomobilini geri çağırır

"Ford" Şimali Amerikada 2 milyona yaxın avtomobilini geri çağırır Bakı. 7 sentyabr. REPORT.AZ/ ABŞ-ın Ford maşınqayırma şirkəti Şimali Amerikada 2 milyona yaxın avtomobilini geri çağırır.
Digər ölkələr
7 Sentyabr , 2018 05:55
Ford Şimali Amerikada 2 milyona yaxın avtomobilini geri çağırır

Bakı. 7 sentyabr. REPORT.AZ/ ABŞ-ın "Ford" maşınqayırma şirkəti Şimali Amerikada 2 milyona yaxın avtomobilini geri çağırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat cümə axşamı istehsalçının saytına yerləşdirilib.

Press-relizə əsasən, geri çağrılan avtomobillər 2015-2018-ci illər buraxılışı olan bəzi "Ford F-150" tamölçülü pikap modelləridir.

Müvafiq qərar "Ford" tərəfindən aparılan araşdırmanın nəticəsində qəbul olunub. Avtomobil istehsalçısı müəyyən edib ki, maşınların ön oturacaqlarındakı təhlükəsizlik kəmərlərinin bəzi ilkin dartma cihazları istifadə zamanı yanğına gətirib çıxara biləcək həddsiz qığılcım mənbəyinə çevrilə bilər.

Hazırda şirkətdə bu problemlə bağlı 17 hadisə haqqında məlumat var. Problemlər ABŞ və Kanadada qeydə alınıb.

Geri çağırış ABŞ-da 1,6 milyon, Kanadada 339 min, Meksikada isə 36 min avtomobilə aid ediləcək.

Son xəbərlər

Orphus sistemi