Yuxarı
    Bağlamaq

    Floridanın qocalar evində qasırğa nəticəsində 5 nəfər ölüb

    Həmin evdən 120 nəfər təxliyyə edilib

    Bakı. 13 sentyabr. REPORT.AZ/ ABŞ-ın Florida ştatında yerləşən və bazar günü baş verən "İrma" qasırğası nəticəsində işıqsız qalan qocalar evində ən azı 5 nəfər həyatını itirib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Brouard dairəsinin meri Barbara Şeriyef bildirib.

    "Məndə olan məlumata görə, ümumilikdə bir müəssisədə 5 nəfər ölüb. Onlardan üçü müəssisədə, digər ikisi isə xəstəxanada keçinib. Bizə onların hansı səbəbdən öldüyünü hələ deməyiblər", - deyə Şeriyef mətbuat konfransı zamanı qeyd edib.

    Polis və yanğın xidməti əməkdaşları yerli 7WSVN telekanalına bildiriblər ki, qocalar evindən 120 nəfər təxliyyə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi