Floridada vertolyot qəzaya uğrayıb, 3 nəfər ölüb

Floridada vertolyot qəzaya uğrayıb, 3 nəfər ölüb Qəzadan öncə mühərrikdə hansısa problemin olduğu sezilməyib
Digər ölkələr
7 Sentyabr , 2016 04:25
Floridada vertolyot qəzaya uğrayıb, 3 nəfər ölüb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Çərşənbə axşamı ABŞ-ın Florida ştatının Palm-Bey şəhəri ərazisində "Sikorsky S-61" tipli vertolyotun qəzaya uğraması nəticəsində 3 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə hadisə şahidlərinə istinadən NBC teleşirkəti məlumat yayıb.

Onların sözlərinə görə, bilavasitə qəzadan öncə mühərrikdə hansısa problemin olduğu sezilməyib, o, aşağı düşməyə başlayıb və yerə çırpılıb.

Helikopter aviatexnika təmiri ilə məşğul olan "AAR Corp" şirkətinə məxsus olub.

Son xəbərlər

Orphus sistemi