Yuxarı

Floridada bankda atışma nəticəsində 5 nəfər ölüb - VİDEO - FOTO

​Floridada bankda atışma nəticəsində 5 nəfər ölüb

Bakı. 24 yanvar. REPORT.AZ/ ABŞ-ın Florida ştatının Sebrinq şəhərində yerləşən "SunTrust" bankında baş vermiş atışma nəticəsində 5 nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Sebrinq şəhər polisinə istinadən ABC telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, 21 yaşlı Zefen Ksaver adlı şəxs bank binasına daxil olaraq insanlara atəş açmağa başlayıb. Nəticədə ölənlərlə yanaşı bir neçə nəfər yaralanıb. Şübhəli şəxs həmçinin bir neçə nəfəri girov götrüb. Sonradan o, polisə təslim olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi