Floridada 8 nəfərin öldüyü qocalar evinin fəaliyyətinə xitam verilib

Floridada 8 nəfərin öldüyü qocalar evinin fəaliyyətinə xitam verilib Hazırda onun rəhbərliyi barəsində cinayət araşdırması aparılır
Digər ölkələr
15 Sentyabr , 2017 08:36
Floridada 8 nəfərin öldüyü qocalar evinin fəaliyyətinə xitam verilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Florida ştatının Hollivud şəhərində 8 nəfərin öldüyü qocalar evinin fəaliyyətinə xitam verilib.

"Report" xəbər verir ki, bu barədə ştatın qubernatoru Rik Skottun bəyanatında deyilir.

Sənəddə həmçinin qeyd olunur ki, müəssisə rəhbərliyi yaşlı insanların həyatı üçün məsuliyyət daşıyıb, lakin onların təhlükəsizliyini təmin edə bilməyib.

Hazırda qocalar evinin rəhbərliyi barəsində cinayət araşdırması aparılır.

Son xəbərlər

Orphus sistemi