Fizik Stiven Hokinq Romada xəstəxanaya yerləşdirilib

Fizik Stiven Hokinq Romada xəstəxanaya yerləşdirilib O, özünü nasaz hiss edib
Digər ölkələr
3 Dekabr , 2016 00:53
Fizik Stiven Hokinq Romada xəstəxanaya yerləşdirilib

Bakı. 3 dekabr. REPORT.AZ/ Fizik Stiven Hokinq Romada müayinədən keçmək üçün xəstəxanaya yerləşdirilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, 74 yaşlı Hokinq Papa İctimai Elmlər Akademiyasında keçirilən konfransda iştirak etmək üçün İtaliyanın paytaxtına gəlib və burada Roma papası Fransisk ilə görüşüb.

Daha sonra o, özünü pis hiss edib və Cemelli klinikasına yerləşdirilib. Fizikin klinikanı şənbə günü tərk edəcəyi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi