Fitch: Fransadakı seçkilərdə Makronun qələbə qazanması siyasi risklərin yaranma ehtimalını azaldır

Fitch: Fransadakı seçkilərdə Makronun qələbə qazanması siyasi risklərin yaranma ehtimalını azaldır Makron iyunda parlament seçkilərində qalib gəlməyə bilər
Digər ölkələr
10 May , 2017 12:10
Fitch: Fransadakı seçkilərdə Makronun qələbə qazanması siyasi risklərin yaranma ehtimalını azaldır

Bakı. 10 may. REPORT.AZ/ Fransada keçirilən prezident seçkilərində Emmanuel Makronun qələbə qazanması həm ölkədə, həm də bütövlükdə Avropada ciddi siyasi risklərin yaranma ehtimalını azaldır.

"Report" xəbər verir ki, "Fitch" beynəlxalq reytinq agentliyi belə düşünür.

Eyni zamanda, agentlik Makronun iyun ayında keçiriləcək parlament seçkilərində qalib gəlməmək ehtimalının olduğunu vurğulayıb. Qeyd olunub ki, Makronun tərəfdarları parlament seçkilərində mütləq əksəriyyətin səsini qazana bilməsə belə, o, siyasi proqramının böyük hissəsini reallaşdıra biləcək. Məsələn, yeni seçilmiş prezident qarşı tərəflə və ya onun proqramının müxtəlif aspektlərini dəstəkləmək üzrə azlıqlarla koalisiya müqaviləsi bağlaya bilər.

Son xəbərlər

Orphus sistemi